Şeyx Cüneyd türbəsi Həzrə kəndindədir. 1460-cı ildə Şirvanşah I Xəlilullahın qoşunları ilə vuruşmada həlak olmuş və burada dəfn olmuş Ərdəbil şeyxi Cüneydin (I Şah İsmayılın babası) qəbri üzərindədir.
Şeyx Cüneydin cənazəsinin qalıqları Ərdəbilə köçürüldükdən sonra
I Təhmasibin göstərişi ilə tikilmişdir. Abidənin fasadındakı kitabədə 1544-cü ildə tikildiyi göstərilir.
Bişmiş kərpiçdən inşa edilən kvadrat planlı əsas binadan və onun künclərindəki köməkçi otaqlardan – hücrələrdən ibarətdir.
Türbənin dörd divarının hər birində giriş açırımlar (qapı yerləri) var. Dördüncü hücrənin içərisində türbənin günbəzinə pilləkən qalxır.
Türbənin iç səthi 1,42 hündürlüyədək mavi və qara-bənövşəyi rəngli kaşı lövhələrlə üzlənmiş, interyerin yuxarı hissələri suvağla örtülmüşdür.
Binanın kvadrat şəkilli əsası, daxildən oxvarı formalı, hündür barabanlı künbəzə keçid hissəsi isə stalaktik sistemi ilə həll edilmişdir. Türbənin bayır səthlərində şirli kərpiçdən quraşdırılmış bəzək fraqmentləri qalmışdır.
Əniğ qalası
Əniğ kəndindəki qala divarlarının qalıqları XIII əsrə aiddir.. Qusar rayonun sağ sahilində, strateji baxımdan əhəmiyyətli sahədə tikilmişdir. Əniğ qalası vaxtilə indiki kəndin cənubunda olmuşdur.
Süni istehkamlar və qoşa darvazası olmuşdur. Divarların yalnız iki hissəsi qalmışdır ki, hündürlüyü 9,3m, eni 2 m-dir.
Darvazanın yanında divarların eni 5,8 m-dir.
Qala ərazisində 9-14 əsrlərə aid şirli qab qırıqları tapılmışdır. Əniğ qalasının 9 əsrdən mövcud olması ehtimal edilir.
Qədim Şabranla Dərbənd arasında Əniğ qalası strateji mövqedə yerləşmişdir.
Ehtimala görə qalanın iki darvazası, Əniğ qalasından naməlum istiqamətə gedən gizli yeraltı yol və su kəməri mövcud olmuşdur.
Qalanın adı Enıx adlı bir hökmdarın adından götürüldüyü ehtimal olunur.
|