Mərkəzi Kitabxana

Hamımızın bir vətəni var, bu da Azərbaycandır.
Azərbaycan xalqının
ümummilli lideri Heydər Əliyev


Azərbaycanda yaşayan azsaylı xalqlar məmləkətimizin
mədəniyyət tarixinə gözəl bir töhfədir.


Tədbirlər

Xidmət

Azərbaycan qədim tarixə, zəngin mədəni irsə və əsrarəngiz təbiətə malik olan bir diyardır. Əlverişli coğrafi yerləşməsi və zəngin təbiəti hələ qədim dövrlərdən bu ərazinin geniş yaşayış məskəninə çevrilməsinə səbəb olmuşdur. Tarixən Qərblə Şərq, Şimalla Cənub arasında “Qızıl körpü” rolunu oyanayan Azərbaycan yaşayış üçün əlverişli təbii şəraiti ilə tarixin müxtəlif dövrlərində bir çox insanları, qəbilə, tayfa və xalqları öz ərazisinə cəlb etmişdir.

Həm qədimlərdə, həm də müasir dövrdə Azərbaycan öz yüksek tolerantlığı ilə seçilən bir ölkə kimi qeyd olunub. İslam dininin geniş yayıldığı məkan, müxtəlif etnosların sülh içində yaşadığı ərazi, rəngarəng mədəniyyətlərin biri-birindən bəhrələnərək çiçəklənən diyardır Azərbaycan. Tarixi mənbəylər Azərbaycanın etnik tərkibinin daim genişləndiyini göstərir. İstər sülh, istərsə də hərb ilə bu zəngin əraziyə kənardan gələn etnoslar buranı özlərinə daimi yaşaşış məskəni seçməyə çalışmışıdlar.

Bu gün Azərbaycan etnoqrafik rəngarəngliyi ilə seçilən ölkədir. Onun ərazisində müxtəlif millətlərin nümayəndələri ilə bərabər tatlar, talışlar, molokanlar, ingiloylar, saxurlar, avarlar, ləzgilər, dağ yəhudiləri, xınalıqlılar, buduqlular, qrızlar kimi etnik qruplar yaşayırlar. Qeyd olunan etnik qrupların nümayəndələri özlərini azərbaycanlı saysalar da hər bir qrup özünəməxsus fərqli mədəniyyətin elementlərini qoruyub saxlamışdır. Bu mədəniyyət məişət həyatında, sənətkarlıqda, mətbəxdə və müxtəlif mərasimlərdə öz əksini tapmaqdadır.

Ləzgilər Azərbaycanda əsasən Qusar, Quba, Xaçmaz rayonları ərazisində kompakt halda, eləcə də Bakı, Gəncə, Sumqayıt və Mingəçevir şəhərlərində, Qəbələ, İsmayıllı, Göyçay rayonlarında yaşayırlar.

1993-cü ildən başlayaraq ləzgi dilində dərsliklər çap edilir. Hal-hazırda 94 məktəbdə (891 sinif) ləzgi dilində dərslər keçirilir. Həmin məktəblərdə 15.000-ə yaxın şagird təhsil alır.

Ləzgilər Azərbaycanda yaşayan azsaylı xalqlar arasında ön yerlərdən birini tuturlar.

Ləzgilər Azərbaycan əhalisinin 2,2%-ni təşkil edir. Ləzgilərin sıx yaşadığı Qusar, Quba, Xaçmaz zonasında sənayesinin əsasını yüngül və yeyinti sənayesi təşkil edir.