Qusar rayon MKS-nə 75 kütləvi kitabxana
daxildir ki, bunlardan Mərkəzi kitabxana, 1 gənclər kitabxanası,
1 uşaq kitabxansı və 1 filial Qusar şəhərində, 71 kitabxana
isə kəndlərdə fəaliyyət göstərir.
MKS
Azərbaycan Respublikasının “Mədəniyyət haqqında”, “Kitabxana
işi haqqıda” qanunlarına, Respublika Prezidentinin müvafiq
qərar və sərəncamlarına əsaslanaraq fəaliyyət göstərməklə
elm, informasiya, mədəniyyət, təhsil və tərbiyə müəssisəsi
kimi çap əsərlərini və digər informasiya daşıyıcılarını
toplayıb mühafizə edir, onların sistemli ictimai istifadəsini
təşkil edir, cəmiyyətin intellektual və mənəvi potensialının
inkişafına xidmət göstərir.
Kitabxananın xidmətlərindən hər bir kəs şəxsiyyət vəsiqəsini
təqdim etməklə ödənişsiz, sərbəst və maneəsis istifadə
edə bilər. Kitabxanadan istifadə qaydaları işçilər tərəfindən
yerində ətraflı izah olunur.
2010-cu ilin əvvəlinə MKS-nin fondu 502.275 nüsxə ədəbiyyat
təşkil edir. 2009-cu ildə MKS üzrə oxucuların sayı 22298
nəfər olmuşdur.
Mərkəzi
rayon kitabxanasında müasir tələblərə uyğun əsaslı təmir
işləri aparılmış, bütün inventar və avadanlıqlar yeniləri
ilə əvəz olunmuş, müasir istilik sistemi quraşdırılaraq
istifadə olunur.
Mərkəzi kitabxanada 5 şöbə fəaliyyət göstərir.
Xidmət
şöbəsi.
Kitabişləmə
və komplektləşdirmə şöbəsi.
Metodika
və bibliografiya şöbəsi.
Vahid
fondun təşkili və ondan istifadə şöbəsi.
Ləzgi
ədəbiyyatı şöbəsi.
Mərkəzi kitabxananın iş
vaxtı səhər saat 9-dan axşam saat 18-dəkdir. Kitabxana həftənin
bütün günləri növbəlilik sistemi üzrə fasiləsiz işləyir.
Kənd kitabxanaları 6 günlük iş həftəsi olmaqla 7 saatlıq
iş günü rejimi ilə işləyirlər və bazar ertəsi istirahət
günüdür.
Mərkəzi kitabxananın ünvanı:
Az 3800 Qusar şəhəri Ləzgi Əhməd küçəsi-47
Telefon: Direktor: 0138-5-28-30
Xidmət şöbəsi: 0138-5-35-81
Metodika və bibliografiya şöbəsi: 0138-5-35-83
Email: Qusar-mks@box.az
|