Əziz oxucular və istifadəçilər!
Əziz dostlar, Siz Qusar Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin saytına xoş gəlmişsiniz.
Qusar rayon MKS-i 1930-cu ildə yaradılmış və hazırda Azərbaycan Respublikasının “Mədəniyyət haqqında”, ”Kitabxana işi haqqında” qanunlarına, Respublika Prezidentinin müvafiq qərar və sərəncamlarına əsaslanaraq fəaliyyət göstərməklə elm, informasiya, mədəniyyət, təhsil və tərbiyə müəssisəsi kimi çap əsərlərini və digər informasiya daşıyıcılarını toplayıb mühafizə edir, onların sistemli ictimai istifadəsini təşkil etməklə cəmiyyətin intellektual və mənəvi potensialının inkişafına xidmət göstərir.
Kitabxananın Veb-saytı Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 6 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş
«Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin
2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı»nın icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır.
Siz saytımızda kitabxanamızın fəaliyyəti, keçirilən tədbirlər, ən çox oxunan kitablar, kitabxanamızda saxlanılan qədim və nadir kitablar olan kitab abidələri ilə tanış olacaq, kitabxananın xidmətlərindən istifadə edə biləcəksiniz.
Dəyərli oxucular və istifadəçilər gələcəkdə kitabxanamızın Elektron kataloqu və Elektron kitabxanası da
sizlərə təqdim ediləcəkdir.
Bundan başqa, Siz saytımızda rayonumuz haqqında ətraflı məlumat alacaq, gözəl təbiətə malik olan rayonumuzun turizm obyektləri, abidələri, rayonumuzda yaşayan dağ vüqarlı, mərd və qonaqpərvər ləzgi, azərbaycanlı və digər etnik xalqların adət-ənənələri və mədəniyyəti ilə tanış olacaqsınız.
Uzun bir tarixi dövr ərzində rayonumuzda yaşayan xalqlar dostluq, qardaşlıq şəraitində yaşayaraq, bütün xalqlara nümunə yaratmışlar.
Çalışmışıq ki, saytımızda hər bir istifadəçi üçün Qusar rayonu, onun turizmi, mədəniyyəti, adət və ənənələri haqqında ətraflı anlayış yaradaq.
İnsan üçün həyatda ən qiymətli olan vaxtınızı bizimlə tanışlığa sərf etdiyinizə görə təşəkkür edir və Sizə uğurlar diləyir, müstəqil Azərbaycanın xoş sabahı naminə yorulmadan çalışmağa çağırıram.