Şahdağın ətəklərində yerləşəcək kompleks Qafqazda və MDB məkanında analoqu olmayan bir turizm mərkəzi olacaq. Belə bir kompleksin yaradılması isə respublikada turizmlə yanaşı, dağ-idman növlərinin inkişafına da geniş imkanlar açacaq.
Qusar rayonunun Ləzə və Aladaş kəndləri yaxınlığında 2 min 200 hektar ərazini əhatə edəcək turizim kompleksinin tikintisi ilə bağlı layihə işləri 2006-cı ildən aparılıb.

İlk olaraq yerli və xarici mütəxəssislərin iştirakı ilə kompleksin yerləşəcəyi ərazidə torpaq suxurlarının laborator müayinəsi aparılıb və müvafiq inşaat layihəsi tərtib olunub. 2009-cu il sentyabrın 18-də isə prezident İlham Əliyevin iştirakı ilə təməli qoyulan kompleksdə inşaat işlərinə start verilib.
Hazırda ərazidə infrasukturun yaradılması istiqamətində təbdilər görülür. Artıq kompleksə gedən yolun çəkilməsi başa çatdırılıb.
Ötən ilin dekabrından isə Ləzə kəndindən Qusar şəhərinə doğru magistral qaz xəttinin çəkilişi aparılıb. Yaxın gələcəkdə bu xəttdən kompleks istiqamətində yerləşən 7 kəndə qaz xətti çəkiləcək, 6 kəndin isə mavi yanacaq təchizatı yaxşılaşdırılacaq.
Növbəti aylarda kompleksə110 kilovatlıq yüksək gərginlikli elektrik xətinin, texniki və içməli su xətlərinin çəkilişi və kanalizasiya sisteminin qurulması istiqamətində də işlərə başlanılacaq.
Respublikanın ən möhtəşəm turizim məkanlarından biri olacaq Şahdağ qış-yay turizim kompleksi dağ-idman növlərinin inkişafına da öz müsbət təsirini göstərəcək. 30 kilometrlik xizək yolundan başqa ərazidə 9 km uzunluğunda kanat, həmçinin açıq və qapalı idman qurğuları yaradılacaq.
Kompleks 5 min turisti eyni vaxtda qəbul edə biləcək. Beynəlxalq tədbirlərin təşkili üçün də burada müvafiq şəraitin yaradılması nəzərdə tutulub.
"Şahdağ" qış-yay Turizm İstirahət Mərkəzinin tikiləcəyi ərazidən görüntülər |
 |
 |
|
| |
|