Ölkənin şimal-şərqində,
Şahdağın ətəyində уегləşən Qusar rayonu – nəinki Azərbaycanın,
bütün Qafqazın ən gözəl guşələrindən biri olmaqla, sıldırımlı
dar dərələri, nadir kölgəlikləri, heyranedici yüksək dağ
gölləri və şəlalələri, mürəkkəb quruluşa malik massivləri,
əlçatmaz aşırımları, Qafqaz dağlarının buzlaqlarına burünmüs
dağları və meşələri ilə zəngin və rəngarəng təbiətə malikdir.
Rayonun ərazisi sanki, Avropa ilə Yaxın Şərqi bir-birinə
bağlayan bənddir. Qusar rayonu respublikanın şimal qapısı
hesab edilir. Hələ keçmiş dövrdə rayonun ərazisi mühüm
ticarət yollarının qovşağında sərfəli mövqe tuturdu. Rayonun
zəngin və rəngarəng təbiəti, büllur kimi saf havası, münasib
iqlimi (qış aylarında havanın temperaturu mənfi 20-22
dərəcəyədək enir, yay aylarında isə axşam müsbət 20 dərəcədən
artıq yüksəlmir), özunəməxsus mədəniyyəti - bütün bu göstəricilər
burada müasir, ən yüksək dünya standartlarına uyğun turizm
kompleksinin yaradılması və inkişafi uçün əsasdır.
Rayon ərazisində Аzərbаусаn Respublikasının Nazirlər Sovetinin
24 fevral 1964-cü il tarixli qərarı ilə sahəsi 15000 hektar
olan Qusar Dövlət Yasaqlığı yaradılmışdır. Yasaqlığın
yaradılmasında məqsəd buradakı bir sira heyvan və qusları
(qırqovul, boz кəkliк, сüyür, çöl donuzu, dovşan) qoruyub
artırmaqdır. Bu yasaqlıqda ekoloji vəsafari turları təşkil
edərək rayona turist axınını gücləndirmək məqsədi ilə
iş aparılır.
Enliyarpaqlı meşələrlə örtülmüş, çoxlu sayda bulaqları,
şəlalələri, kiçik gölləri, qeyri adi mənzərəsi olan bu
dağlıq ərazi istirahət üçün cəlbedicidir.Qusar rayonunda
həm yay turizminin, həm da qış turizminin inkişafi üçün
geniş, təbii potensial vardır.
Prezidentimiz canab İlham Əliyevin sərəncamına əsasən
beynəlxalq standartlara uyğun olaraq tikilən və 2008-ci
ildə istifadəyə verilən Qusar Olimpiya İdman Kompleksi
Azərbaycanın ən mənzərəli guşəsində inşa edilən unikal
bir tikilidir. Qusar Olimpiya İdman Kompleksi təlim məşq
toplantılarının, respublika və beynəlxalq dərəcəli yarışların
keçirilməsi, həmçinin istirahət üçün, ideal bir yerdir.
Qeyd etmək lazımdır ki, 40 kotecə malik olan bu unikal
tikili təbii meşəliklərlə əhatə olunmuşdur. Koteclər incə
zövqlə bəzədilərək müasir və rahat mebel ilə təchiz olunmuşdur,
buradakı rəsmlər qədim və müasir dövr arasında gözəl bir
sintez yaradır.
Şəfalı guşələrdən olan Qusar rayonu günəşli Аzərbаусаn
respublikasının ən gözəl turizm diyarıdır. Нər il minlərlə
turist bu cənnət məkanda istirahət еtməуə üstünlük verir.
Rayonun havasını udaraq, bulaq sularından dadaraq, çaylarını,
meşələrini, dağlarını, həmçinin tarixi abidələrini seyr
etdikcə insan bir anlığa ozünü cənnətdə hiss edir. Rayon
ərazisində bu məqsədlə "Suvar" dağ-turizm istirahət
zonası, "Qayi-bulaq", "Şahdağ", "Şah
bulaq", "Qusar bulaq", "Star Qusar",
istirahət və sağ lamlıq mərkəzləri turistlərə qapılarını
açmaqdadır.
Qusar rayonu ekoloji turizm üçün geniş və əlverişli şəraitə
malikdir. Bununla belə rayon da ekoloji xarakterli 3 turist
marşrutu fəaliyyət göstərir.Turistlərin marağına səbəb
olacaq ilk marşrut Qusar-Ləzə istiqamətidir. Bu istiqamətdə
səyahətə çıxan turistlər Əniğ kəndindəki tarixi abidələrə,
tətbiqi xalq sənəti nümunələrinə tamaşa etmək imkanı əldə
edirlər.
Qusar-Sudur istiqamətində səyahətə çıxan turistlər Həzrə
kəndindəki XVI əsr yadigarı olan Şeyx Cüneydin məqbərəsini
ziyarət edə bilərlər. Bundan əlavə bütün marşrut boyu
onlar tətbiqi xalq sənəti nümunələri ilə, yerli əhalinin
adət-ənənələri ilə tanış olmaq imkanına malikdirlər. Marşrutun
son məntəqəsi olan Sudur kəndi rayon mərkəzindən 75 km
aralı, dəniz səviyyəsindən 1800 m yüksəklikdə, Şahdağın
yamaclarında yerləşir. Buranın gözəl təbiəti, ətrafdakı
dağların fonunda yaranan unudulmaz panoraması insanı valeh
edir. Qusar-Qazanbulaq istiqamətində isə turistlərə maraq
doğuran ən maraqlı obyektlərdən biri isə 7 hektar ərazidə
“Əlistan baba” fıstıq meşəsidir. Ləzə kəndinin ərazisində
qayalıqlardan axan, günəşdə bərq vuran möhtəşəm şəlalələr
insanı öz gözəlliyi və təbiiliyi ilə məftun edir. Rayonumuzun
milli mətbəxindən də xüsusi yüksək zövq almaq mümkündür.
Qusar rayonuna gələndə onun qeyri adi milli ləziz xörəklərindən,ləzgi
kətəsi (цкан), ləzgi pizzasından (şakuka), çоbаn aşından,
ləzgi xingalından, ləzgi qutablarından (афарар) və ləzgi
çörəyinindadına baxmamaq ən azından günahdır.
Rayon əhalisi əsasən maldarlıq,bitkiçilik,bağçılıq və
əkinçiliklə daha çox məşqul olurlar.
Rayonumuz həm də ekstremal turizm üçün də əvəzedilməz
yerdir, çünki burada çətin keçilən çaylar,sıldırımlı qayalar,dar
kanyonlar vardir ki, bu da ekstremal turistləri ozünə
cəlb edir.
Rayonumuzun ərazisində il boyu bəyaz qarla örtülü olan
qocaman Şahdağ mütəxəssislər tərəfindən qış turizmi üçün
daha münasib yer kimi yüksək qiymətləndirilmişdir. Odur
ki, burada Dağ-Xizək Turizm bazasi yaratmaq ideyasi meydana
gəlmişdir.Hazirda prezidentimiz canab İlham Əliyevin tövsiyəsi
əsasinda dağ-turizm kompleksi tikilməkdədir. 2006-ci ildən
Qusarda "Şahdağ" qış-yay turizm kompleksinin
yaradılması üzrə işlər aparılır. Kompleks Qusar rayonunun
Ləzə və Aladaş kəndlərinin ərazisində 2200 hektara yaxın
ərazisini əhatə edəcəkdir. Təbiətin füsunkar guşəsində
beynəlxalq standartlar səviyyəsində yaradılan bu kompleks
respublika əhalisinin, həmçinin xarici ölkələrin böyük
maraq və diqqətinə səbəb olmuşdur. Kompleksdə 340 yerlik
dördulduzlu hotel, lift bazası, xizək məktəbi, süni qarlaşdırma
sistemi yaradılacaqdır. Bu böyük layihə rayona yeni iş
yerləri, investisiyalar, inkişaf, bir sözlə tamamilə yeni
həyat gətirəcəkdir.